Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsovun müxtəlif qadınlardan 4 uşağı olub. Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsovun müxtəlif qadınlardan 4 uşağı olub.

Boris Nemtsovun ailəsi – çoxlu qadınlar, 4 uşaq… (FOTO)

Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsovun müxtəlif qadınlardan 4 uşağı olub.


AzNews.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilib ki, Nemtsov ilk baxışdan sevgi etiraf edən kişilərdən olub. Onun müxtəlif qadınlarla münasibəti olsa da, yalnız bir rəsmi nikahı olub.


Raisa Nemtsova 55 yaşlı Borisin ilk və yeganə rəsmi həyat yoldaşı olub. Hələ tələbə vaxtıykən Nijni Novqorodda tanış olublar. Raisa kitabxanaçıdır və ictimaiyyətə açıq insan deyil. Hazırda o, Moskvada yaşayır və investisiyalarla məşğul olur. Borislə nikahından Janna adlı qızları var. Janna hazırda 30 yaşındadır və jurnalistdir.


Boris Nemtsov telejurnalist Yekaterina Odintsova ilə də Nijni Novqorodda tanış olub. Nemtsov Yekaterinanın həyatını xilas edib. Belə ki, səxavətli qubernator Boris Nemtsov ağır avtomobil qəzasına uğramış telejurnalistin bahalı əməliyyatının xərclərini qarşılayıb. Minnətdarlıq hissləri sonradan sevgi münasibətinə çevrilib. Onların 2 övladı var - 19 yaşlı oğlan Anton və 12 yaşlı qız Dina.


İrina Korolyova Rusiya Federasiyasının Prezident Administrasiyasında uzun illər işləyib. Kremldə və Ağ evdə köməkçi vəzifələrində çalışıb. Boris Nemtsovla Sofiya adlı qızları var. Sofiya 2004-cü ildə doğulub.

Rusiyalı jurnalist İqor Svinarenkonun yazdığına görə, Boris Nemtsovun ətrafında hər zaman çox sayda qadınlar olub. Hətta onun 50 yaş yubileyində (2010-cu ildə) bütün arvadları və uşaqları iştirak ediblər.


Məlumat üçün deyək ki, Boris Nemtsov 2012-ci ildə 25 yaşlı qızla tətil zamanı yaxalanmışdı. O zaman rus mətbuatında Nemtsovun həmin qızla Escortmodeli agentliyi vasitəsilə tanış olduğu barədə məlumatlar yer almışdı. Sonradan siyasətçi Anastasiya ilə sevgili olduğunu bəyan etmişdi.

Nigar
AzNews.az