Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət edib. Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət edib.

Ramil Usubovun 11 milyonluq radar əməliyyatı

Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət edib.

AZNEWS.AZ xəbər verir ki, buna səbəb kimi radarlardan yığılan pulların fantastik həddə çatması göstərilir. Hazırda bu məbləğin nə az, nə çox düz 11 milyon manat təşkil etdiyi deyilir.

Nazirə xəbər verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radarı var. Bunların arasında nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınların da olduğu bildirilir.

Nazirə verilən bu informasiya onu bərk narahat edib. Ramil Usubov öz əməkdaşlarına artıq əməli işə keçmək tapşırığını verib. Bu problemin kökündən həll edilməsi üçün öncə radarların çoxluq təşkil etdiyi nazirliklərə müraciət edilib.

Ünvanlanan müraciətdə nazirlərdən xahiş olunub ki, o, öz işçilərinin avtomobillərinin və xidməti maşınlarının radarlarının ödənilməsi prosesini həyata keçirsin.

Deyilənə görə, artıq bu müraciət özünün müsbət həllini tapıb və radarların ödənilməsinə başlanılıb.