ABŞ-da bir Azərbaycan vətəndaş Türk bayrağına hücum edən ermənilərə qarşı müqavimət göstərib və nəticədə dava düşüb. Polis isə onu saxlayıb. ABŞ-da bir Azərbaycan vətəndaş Türk bayrağına hücum edən ermənilərə qarşı müqavimət göstərib və nəticədə dava düşüb. Polis isə onu saxlayıb.

Azərbaycan vətəndaşı ABŞ-da Türk bayrağını təkbaşına qorudu - VİDEO

ABŞ-da bir Azərbaycan vətəndaş Türk bayrağına hücum edən ermənilərə qarşı müqavimət göstərib və nəticədə dava düşüb. Polis isə onu saxlayıb.


AZNEWS.AZ xəbər verir ki, hadisə ABŞ-ın paytaxtı Vaşinqtonda qeydə alınıb.

1915-ci il hadisələrinin ildönümü ilə bağlı Türkiyə səfirliyi qarşısında türklər və ermənilər qarşılıqlı aksiya keçiriblər.

Türk-ABŞ qeyri-hökumət təşkilatının 7 min üzvü Ağ Evin qarşısında başlanılan "Sülh və Həmrəylik" yürüşünə qatılıb, daha sonra isə günorta saatlarından etibarən Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına gəlib.

Türkiyə və ABŞ-ın bayraqlarını daşıyan minlərlə insan "Bizi birləşdir, ayırma" "Günahlandırmaq əvəzinə razılıq", "Türkiyə ilə birlikdəyik" və "Yurdda sülh, dünyada sülh" yazılı plakatları ilə aprel ayının 14-dən bəri səfirlik binası qarşısında növbə tutan qrupla birləşib.

Erməni etirazçılar isə əllərində Türkiyə əleyhinə plakatlar açaraq səfirliyin qarşısındakı səkidə toplaşmağa başlayıb. Onlar əllərindəki şüarlarla ABŞ Prezidenti Barak Obamadan prezident seçkisi dövründə ermənilərə verdiyi sözləri tutmağa çağırıb.

Nəticədə ermənilərlə türklər arasında söz davası düşüb. Ermənilər Türk bayrağını yerə tullamaq istəyib. Bunu görən Türkiyə vətəndaşları ermənilərə reaksiya verib və tərəflər arasında qısa gərginlik yaşanıb. Səfirlik önündə gözləyən təhlükəsizlik əməkdaşları davanı sakitləşdiriblər.

Ermənilər öz avtomobilinin içində gözləyən və əlində Türk bayrağını tutan bir Azərbaycan vətəndaşına da müdaxilə edərək bayrağı ondan almaq istəyiblər. Ancaq o, bayrağı heç kəsə verməyib. Onun köməyinə türklər də gəlib. Avtomobilindən enərək ermənilərlə dalaşan Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.