Zaqatalada intihar hadisəsi baş verib. Zaqatalada intihar hadisəsi baş verib.

3 uşaq anası özünü asdı - Zaqatalada

Zaqatalada intihar hadisəsi baş verib.


Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. 3 uşaq anası olan şəxsin intiharının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.