Nyu-York bu azərbaycanlı gəncin fotosundan danışır - Foto




Nyu-Yorkda az qala hər kəs fransalı rəssam JR-in 45 metr uzunluğunda olan fotosundan danışır.

Rəssam yeriyən bir gəncin fotosunu çəkib və sonra onu 62 ədəd böyük hissələrdə çap edib. Aprelin 11-də gecə 20 nəfərlik komandası ilə birgə həmin fotonu Nyu-Yorkda - "FlatironPlaza"nın yaxınlığında yerə yapışdırıb.

İndi nəinki Nyu-York, ABŞ-ın digər şəhərlərində 4 saata hazır olan bu fotodan danışırlar.

Həmin fotodakı gəncsə azərbaycanlı Elmar Əliyevdir. O, Nyu-Yorkda yaşayır və oradakı "Old Baku" restoranında çalışır.

"New York Times" yazır ki, sakinlər əvvəl bu fotoya diqqət yetirməyiblər. Çünki hansısa bir rəsmin üzərindən yeridiklərini bilmək üçün yerə ancaq və ancaq yuxarıdan baxmaq lazım idi. Foto cəmi bir gün Nyu-Yorkda qala bilir. Elə həmin gün küçələri təmizləyən maşın həmin fotonu da təmizləyir. Bəlkə də orada bir rəmzin olduğunu bilmədən.

Maraqlısı odur ki, bu fotonu məşhurlaşdıran məqam onun yerə yapışdırılan andan silininə qədər baş verənlərin yuxarıdan video ilə çəkilməsidir.

JR Nolita küçəsində ötən il Nyu-Yorka gələn 16 nəfərin portretini çəkib. Onlardan biri də ABŞ-a 2014-cü ilin ilin avqustunda - "green cart" udandan sonra gələn Elmar Əliyev olub.

Görünür, Elmarın bəxti bu dəfə yenə gətirib. JR 16 portret arasından məhz onun fotosunu seçib.

Elmar deyir ki, "Evdə tək-2" filmindən tanıdığı Nyu-Yorkun Mərkəzi Parkı və plazanın ətrafında gəzməyi xoşlayır. JR isə deyir ki, Elmarın yeriyərkən əllərini də irəli aparmasından xoşu gəlib. (Azadlıq radiosu)