Zakir Qaralov yenidən baş prokuror təyin edilib. Zakir Qaralov yenidən baş prokuror təyin edilib.

Zakir Qaralov yenidən baş prokuror oldu

Zakir Qaralov yenidən baş prokuror təyin edilib.


AzNews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin göndərdiyi təqdimata baxılıb. Təqdimat haqda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verib və onun fəaliyyətini yüksək qiymətləndirib.

Məsələ səsverməyə çıxarılıb və Z.Qaralovun növbəti 5 il üçün baş prokuror vəzifəsinə namizədliyi təsdiqlənib.

Qeyd edək ki, Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub.

1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.
25 aprel 2000-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Nigar