ABŞ-ın Dövlət katibi Con Kerrinin ötən həftə Soçiyə səfəri, onun Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşü Rusiyanın Ukrayna, Suriya və İranla bağlı siyasətinin dəyişməsinə təsir etməyib. ABŞ-ın Dövlət katibi Con Kerrinin ötən həftə Soçiyə səfəri, onun Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşü Rusiyanın Ukrayna, Suriya və İranla bağlı siyasətinin dəyişməsinə təsir etməyib.

Con Kerrinin Soçi səfərinin uğursuzluğu - The Washington Post

ABŞ-ın Dövlət katibi Con Kerrinin ötən həftə Soçiyə səfəri, onun Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşü Rusiyanın Ukrayna, Suriya və İranla bağlı siyasətinin dəyişməsinə təsir etməyib.


AzNews.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məqalə hazırlayıb.

"Dövlət katibi Kerrinin prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla 8 saatlıq görüşündən bir həftə keçib. Görüşdə hər iki tərəf Ukrayna və Suriyadakı münaqişələrin həllində, eləcə də İranla nüvə sazişinin əldə olunmasında birgə fəaliyyət göstərməyə yenidən cəhd edəcəkləri barədə razılığa gəlib", - deyə məqalədə qeyd olunub.

Lakin məqalə müəllifinin sözlərinə görə, nəticələr ümidverici görünmür: "Münaqişənin həllində istənilən tərəqqi üçün vacib olan əsas amil Ukraynanın şərqində atəşin faktiki dayandırılmasıdır. Dövlət katibinin köməkçisi Viktoriya Nulandın qeyd etdiyi kimi, razılaşmanın üç ay əvvəl imzalanmasına baxmayaraq Rusiya hərbi qüvvələri regionda öhdəliklərini pozmaqda davam edir".

Məqalədə, həmçinin qeyd olunur ki, Moskva tərəfindən Suriya prezidenti Bəşər Əsədin dəstəklənməsində də dəyişiklik olmayıb: "Əsəd qüvvələrinin dinc əhaliyə qarşı kimyavi silahlardan istifadə etdiyinə dair çoxsaylı sübutlar olmasına baxmayaraq, Rusiya rəsmi Dəməşqin məsuliyyətini etiraf etməkdən imtina edir".

Məqalədə bütün bu baş verən hadisələrin Rusiyada vəzifəli şəxslər və KİV-lər tərəfindən ABŞ siyasətinin uğursuzluğu kimi qiymətləndirildiyi də əks olunub: "Onlar deyirlər ki, Obama Rusiya siyasətinin sanksiyalar və təcridetmələr vasitəsilə dəyişdirilməsində uğursuzluğa düçar olub. Ağ Evin sahibi buna görə Kremllə yeni əlaqə qurmağa çalışır və əsas tələblərini qurban verməyə hazırlaşır. Rusiyanın vəzifəli şəxsləri və KİV-lər nümayişkəranə şəkildə vurğulayırlar ki, Kerri danışıqlar zamanı Krımın ilhaq edilməsinə etiraz etməyib, bu isə Putinin qələbəsinin siqnalıdır".

Aydan Axundova