Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir. Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.

Avropa Liqası: “Qәbәlә” və “Neftçi”dən uğursuz nəticə

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.



AzNews.az-ın məlumatına görə, "Neftçi" bu gün öz meydanında Monteneqronun "Mladost" klubunu qəbul edib.

Oyun 2:2 hesablı heç-heçə ilə bitib.

Qollar: Laqator, 34 (0:1), Kamal Qurbanov, 36 (1:1), Araz Abdullayev, 55 (2:1), Mirkoviç, 87 (2:2).

Qeyd edək ki, bu komandalar cavab görüşü bir həftə sonra Monteneqroda keçiriləcək.

Bu gün həmçinin təmsilçilərimizdən "Qəbələ" ilk oyununa çıxıb.
Roman Qriqorçukun komandası Gürcüstanda "Dinamo"nun qonağı olub.
Oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə bitib.

Qollar: Jaba Jiquari, 65 (1:0), Cavid Hüseynov, 74 (1:1), Papunaşvili, 84 (2:1).
Bu komandalar cavab görüşü bir həftə sonra Qəbələdə keçiriləcək.