Hadisə Şəki şəhərində baş verib. Hadisə Şəki şəhərində baş verib.

35 yaşlı Şəki sakini bıçaqlandı

Hadisə Şəki şəhərində baş verib.



Bağbanlar küçəsi ev 4 ünvanında yaşayan 35 yaşlı Qarayev Qalib Söhrab oğlu sağ döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, Qalib Qarayev qonşusu tərəfindən bıçaqlanıb.

Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin hansı şəraitdə baş verməsini və Qalib Qarayevi bıçaqlayan şəxsin istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbiri aparır.

Şəki RMX-dan verilən məlumata görə, Qalib Qarayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib vəziyyəti orta-ağır qiymətləndirilir.(Report)