“Dövlətqaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı açıqlama verib. “Dövlətqaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı açıqlama verib.

Məcburi köçkün özünü yandırdı- “Qaçqınkom”un qarşısında

“Dövlətqaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı açıqlama verib.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən modern.az-a verilən məlumata görə, qurumun Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovun özünəməxsus mənzili olub.

"Həmin şəxs Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Verilən məlumata görə, həmin vətəndaşın özünəməxsus mənzili olub və sonradan satıb. Yenidən mənzil iddiası ilə çıxış edir. Komitədə isə boş mənzil yoxdur. Həm də hər mənzil istəyən özün yandırmalı deyil axı. Bu gün Bakı şəhərində 216 min məcburi köçkün yaşayır və bu cür insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata kleçiriləcək"-deyə komitədən bildirilib.

Xatırladaq ki, "Dövlətqaçqınkom"un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibov özünü yandırıb. Kirayədə yaşayan məcburi köçkün bunu imkansızlıqdan etdiyini deyib.