“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. “Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edildi - Korrupsiya (Yenilənib)

“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.


AzNews.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin mətbuat xidmətindən deyilib ki, həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır: "Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır".

***
11:19

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər.

AzNews.az xəbər verir ki, bu barədə haqqin.az etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Səbail rayon məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Baş hərbi müfəttişliyin əməkdaşları korrupsiyada ittiham edilirlər.

Saxlanılan yüksək vəzifəli zabitlərin adları məlum olsa da, dəfələrlə edilən müraciətlərə baxmayaraq Baş Prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb.

Həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib.

Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur.

O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib.