Azərbaycanın Quba rayonunda faciə ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycanın Quba rayonunda faciə ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Qubada ölümlə nəticələnən daha bir yol qəzası

Azərbaycanın Quba rayonunda faciə ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadənverdiyi xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Barlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sərnişini, 1961-ci il təvəllüdlü Sevil İsif qızı Qasımova ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.