Müğənni Tacir Şahmalıoğlunun qardaşının axtarışına Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunacaq. Müğənni Tacir Şahmalıoğlunun qardaşının axtarışına Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunacaq.

Tacirin qardaşının axtarışına helikopterlər cəlb olundu - Açıqlama

Müğənni Tacir Şahmalıoğlunun qardaşının axtarışına Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunacaq.

Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

Tacir Şahmalıoğlu bildirib ki, axtarışların hələ heç bir nəticəsi yoxdur. Qərara alınıb ki, axtarışlarda helikopterlərdən istifadə olunsun: "Təəssüf ki, axtarışın nəticəsi yoxdur. Bundan sonra helikopterlərdən istifadə olunması qərara alınıb. Bir az sonra, təxminən saat 14:00-da helikopterlərlə axtarışa başlanacaq. Hamımız burdayıq, helikopterləri gözləyirik".

Xatırladaq ki, iyulun 31-də müğənninin qardaşı Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Bahar RÜSTƏMLİ