Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsünün hadisədən sonra qaçdığı bildirilirdi. Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsünün hadisədən sonra qaçdığı bildirilirdi.

Sabunçuda ağır qəza törədən “Range Rover“in sürücüsü məşhur idmançı olub - FOTO

Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsünün hadisədən sonra qaçdığı bildirilirdi.



Qəzadan sonra AzNews.az-ın əldə etdiyi məlumatlarda qəzaya səbəb olan "Range Rover" markalı avtomobilin sürücüsünun məmur oğlu olduğu bildirilirdi.

Bundan əlavə sürücünün qəzadan sonra ölkədən qaçması barədə məlumatlar da yayılmışdı.

Baku.ws saytı isə qəzaya səbəb olan sürücünün peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudov olduğu ilə bağlı informasiya yayıb. Məlumata görə hazırda o, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.

Baş verən qəzadan sonra sürücünün qaçmasına gəlincə, əslində Fəqan Umudov hadisə yerindən qaçmayıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev bildirib. Mamed Abdullayevin sözlərinə görə, əslində Fəqan Umudov deyildiyi kimi avtomobili 200 ilə yox, 140-150 km sürətlə sürürmüş.

"Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindən qaçmayıb.

Kimliyi barədə polisə məlumat verib və sonradan onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi oraya ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Əslində Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən həm öz adımdan, həm də federasiya adından qəzada həlak olanların ailələrinə başsağlığı verirəm", - deyə Mamed Abdullayev bildirib.

Hadisəni araşdıran müstəntiq Asəf Məmmədovun verdiyi məlumata görə, həqiqətən də, Fəqan Umudov qəzadan sonra qaçmayıb. Ağır yaralı olduğu üçün onu 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər.

Şöbənin müdiri Əmrəli Yusifovun bildirdiyinə görə, xəstə daxil olarkən çox ağır vəziyyətdə olub. Komada olduğu üçün dərhal süni nəfəs aparatına qoşulub.

"Xəstə dünən özünə gəlib. Bacardığımızı etdik. Hazırda xəstənin həyatı üçün təhlükə sovuşub. Vəziyyəti orta-ağırdır", - deyə Əmrəli Yusifov bildirib.

Qeyd edək ki, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobildə olan sərnişinlər ağır yaralanıblar.
Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər.

Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi Fikrət Zeynalovun verdiyi məlumata görə, digər yaralılara ilkin tibbi yardım göstərilib. Onların həyatını xilas etmək mümkün olub. Lakin uşaqların yaxınlarının təkidilə onlar Kliniki Tibbi Mərkəzə köçürülüblər.

Qəza zamanı "Zaporojets" markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Ağabala Baba oğlu Hüseynov isə yanaraq ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.