IV Beynəlxalq Qafqaz Moto Festivalın bağlanış mərasimi başa çatıb. IV Beynəlxalq Qafqaz Moto Festivalın bağlanış mərasimi başa çatıb.

Möhtəşəm festivalın bağlanış mərasimi başa çatdı - FOTO, VİDEO

IV Beynəlxalq Qafqaz Moto Festivalın bağlanış mərasimi başa çatıb.


Mərasimdə "Beatles" qrupu və "Ledi Qaqa"nın tribute-larının çıxışlarından sonra səhnəyə "Natiq" ritm qrupu dəvət olunub.

"Natiq" ritm qrupunun performansı əsasən milli ruhda olub. Çıxışda ən maraqlı hissə isə möhtəşəm nağara sədaları altında Azərbaycan xalq mahnısı "Sarı Gəlin"in səsləndirilməsi olub.

Bağlanış mərasimi elə bu sədalar altında, milli ruhda başa çatıb.



***
21:49

Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin ad günü münasibətlə keçirilən baykerlərin bir kilomterlik yürüşündən sonra möhtəşəm konsert proqramına start verilib.

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Çingiz Mustafayevin sevimli qrupu olan "The Beatles" qrupunun tributu da iştirak edir.

Qafqazın dördüncü beynləxlaq festivalının sonuncu günü - bağlanışı bu günə təsadüf edir.

Möhtəşəm festivalın bağlanış mərasimində dünya şöhrətli "Lady Qaqa", "Beatles" qrupunun tributelarının və xarici DJ-lərin, "Natiq" ritm qrupunun çoşduran musiqiləri olacaq.

Milli ritmlərlə başlayan Festival milli ritmlərlə də baş çatacaq.

Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalına dünən start verilib. Möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəki Olimpiya Kompleksində baş tutub.

Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edib. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub. Açılış mərasimində "Elvis Presli", "Kiss" qruplarının tributeları çıxışları ilə şəkililərə və turistlərə unudalmaz anlar yaşadıblar.

Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

"Harley Davidson", "Baku HOG Azerbaijan", Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start götürüb.

Bağlanışdan görüntülər









Milli ritmlərlə başlayan açılışdan görüntülər