Prezident İlham Əliyev E.Ə.Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev E.Ə.Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Əzizov Sumqayıtdan Bakıya gətirildi - Sərəncam (Yenilənib)

Prezident İlham Əliyev E.Ə.Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə Eldar Əzizov Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.