Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir. Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir.

Teatra işçi axtarılır

Azərbaycan Dövlət Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir.



AzNews.az xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədi ilə keçirilir. Müsabiqədə teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər iştirak edə bilər.

Qeyd edək ki, müsabiqə ilə bağlı sənədlərin qəbulu dekabrın 1-nə kimi davam edəcək.