Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən qadının şəxsiyyəti müəyyənləşib. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən qadının şəxsiyyəti müəyyənləşib.

Bakıda gənc qadın özünü 19-cu mərtəbədən atdı - Video + Yenilənib

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən qadının şəxsiyyəti müəyyənləşib.

Lent.az-ın məlumatına görə, özünü hündürlükdən atan qız 1990-cı il təvəllüdlü Dadaşova Ayşə İlqar qızı olub. O, ailəli imiş və azyaşlı övladı qalıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Araşdırmalar davam etdirilir.


***
15:04


Bakıda gənc qadın intihar edib.

AzNews.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaşar Əliyev küçəsi, 2595 ünvanında qeydə alınıb. Gənc qadın Akkord şirkətinin sözügedən ünvanda yerləşən "Uğur-2" yaşayış kompleksinin 19-cu mərtəbəsindən özünü atıb.

Hadisə şahidlərinin AzNews.az-a veridiyi məlumata görə, qadın əri ilə birgə yaşayırmış. Həyat yoldaşı özünü atmazdan öncə əri aşağı mərtəbədən ona intihar etməməsi üçün çağırış edib. Lakin əri evə gəldikdən bir neçə dəqiqə sonra qadın özünü ataraq öldürüb.