03:42
(077) 610-22-33

Xəsisliyinin qurbanı olan sürücülər

  • >
3 030 5 May 2016 12:59 | Cəmiyyət

Bu ilin ilk üç ayı ərzində avtomobilini icbari sığorta etdirmədiyi üçün 3240 sürücü cərimələnib.


Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırkı dövrdə proses elektron protokollaşmaya getdiyi üçün, sürücü və yol patrul xidmətinin əməkdaşı olmadan da həmin nəqliyat vasitəsini idarə edən şəxs barədə elektron qaydada protokol tərtib ediləcək:

"Burada sürücüyə təkrar protokol tərtib edilənə qədər avtomobilini sığorta etdirməsi üçün ona 20 gün vaxt verilir. Əgər həmin nəqliyat vasitəsinin sahibi bu müddət ərzində sığorta müqaviləsini bağlamasa, ona təkrar protokol yazılır. Sığortadan keçməyənə qədər sürücüyə hər 20 gündən bir cərimə yazılacaq. Bu həm polis əməkdaşı tərəfindən, həm də elektron qaydada tətbiq edilə bilər".


Kamran Əliyev- BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Statistikaya nəzər saldıqda 90 gün ərzində 3240 nəfərə protokolun yazılması heç də kiçik rəqəm deyil. İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən bu qayda pozuntusunu törədən fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri isə 300 manat miqdarında cərimə gözləyir.

"Sürücülərin icbarı sığortadan imtina etməsi məsuliyyətsiz olmaları ilə əlaqədardır".

Burada diqqət çəkən məqam isə ondan ibarətdir ki, sürücülər hər 20 gündən bir barələrində protokol tərtib edilməsinə razı olsalar da, il ərzində bir dəfə həyata keçirilən icbari sığortadan boyun qaçırırlar.

Avtomobilini sığorta etdirmədiyi üçün bir neçə dəfə cərimələnən sürücülərdən biri Ələkbər Məmmədov bunun səbəbini belə açıqladı: "Mənim maşınımın mühərriklərinin həcmi 2000 sm3-dir. Bunun üçün mən 75 manat sığorta haqqı ödəməliyəm. Ancaq bəzi vaxtlar sığorta müqaviləsi bağlamağa maddi vəziyyətim imkan vermədiyi üçün dəfələrlə cərimə edilmişəm. Ancaq daha sonra cərimləri ödəməyə məcbur qalmışam".

Ələkbər Məmmədov kimi mövqeyini öyrəndiyimiz sürücülərin əksəriyyəti bunu maddi imkanla əlaqələndirsələr də, bu sürücülərin məsələyə məsuliyyətsiz yanaşmalarından xəbər verir. İcbarı sığorta qiymətləri barədə daha ətraflı buradan oxuya bilərsiz.

İcbari sığorta qiymətlərinin cədvəliİcbari sığorta qiymətlərinin cədvəli



Hüquqşünas Ərşad Hüseynov deyir ki, insanların icbarı sığortaya ciddi yanaşmması ilə bağlıdır. Həmçinin sürücülərin maddi durumunun da təsiri var."Bir qrup insan isə avtomobilin mühərrikinin həcmi yüksək olduğu üçün sığorta haqqının çoxluğundan boyun qaçırmaq üçün belə edir. Düşünür ki, 300 manat sığortaya verəcəyimə cərimələnmədən birtəhər başımın çarəsinə baxa bilərəm. Belə düşünmək isə sadəlövhlükdür".

Ərşad Hüseynov deyir ki, çox qəribə də olsa bir qrup insan avtomobilini icbari sığortadan keçirməyəcəyi halda cərimələnəcəyindən xəbərsizdir: "İnsanları məlumatlandırmaq lazımdır ki, icbari sığortadan keçmədiyi halda cərimələnəcəklər və heç kim bundan boyun qaçıra bilməz. Çünki icbari sığorta və keçilmədiyi halda onun cəriməsi bütün dünya ölkələrində mövcuddur".

Sürücülərin icbari sığortadan boyun qaçırmaları ilk başda onların özləri üçün zərərlidir. Çünki belə sürücülər "polis tərəfindən hər an saxlana bilərəm" qorxusunda olurlar. Digər bir məsələ ilə icbari sığorta sürücünü qəza zamanı sığortalayır. Çünki sığortanın bu növü qarşı tərəfə dəyən zərəri öz üzərinə götürür. Digər bir məsələ isə ondan ibarətdir ki, təxminən 75-120 manat miqdarında sığorta pulunu ödəməkdən imtina edən sürücünü polis il ərzində bir neçə dəfə cərimələdikdə, sığortada ödəməkdən imtina etdiyi məbləğ həmin şəxsin cibindən daha artıq şəkildə çıxmış olur. Sürücülərin üzərinə düşən qanunun tələbinə tabe olmaq və vaxtı-vaxtında icbarı sığorta müqaviləsini imzalamaqdır. Çünki əks təqdirdə yuxarıda sadalananlar qaçılmaz olacaq.

Anspress.com
Bağla X