02:31
(077) 610-22-33

“Nar-CityNet” eyni qiymətə iki dəfəyə qədər artıq sürət təklif edir

  • >
802 2 Avqust 2016 13:10 | Cəmiyyət

1 avqust 2016-cı il tarixindən etibarən, “Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırıb.


Artıq abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlana biləcəklər. Əlavə olaraq, "Extreme-1" və "Maxima" trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırılıb.

"Nar-CityNet" xidmətlərinə qoşulmuş bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunur. Bundan başqa, "Nar-CityNet"-in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edirlər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər sadəcə ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.

Hazırda "Nar-CityNet" Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

"Nar-CityNet" haqqında ətraflı məlumat, qoşulma şərtləri, yeni kampaniyalar, şikayət və texniki dəstək üçün (012) 5377777 və *1177 nömrələri ilə əlaqə saxlamaq kifayətdir. Abunəçilərin rahatlığını təmin etmək üçün "Nar-CityNet" həftənin bütün günləri 24 saat fəaliyyətdədir və "WhatsApp" üzərindən müştəri xidməti göstərərək, (077) 5377777 nömrəsi vasitəsilə abunəçilərin sual və təkliflərini cavablandırır.
Bağla X