04:48
(077) 610-22-33

“AzNews” 4 ilə bu qədər yol gəldi...

  • >
4 545 4 Avqust 2016 13:21 | Cəmiyyət

“Bakı xəbər” qəzeti AzNews.az informasiya portalının yaranmasının 4 illiyi münasibətilə yazı hazırlayıb.


Tanınmış media nümayəndələrinin saytla bağlı fikirlərinin yer aldığı həmin yazını təqdim edirik:

Azərbaycan xəbər məkanında özünəməxsus yeri, professional yanaşma tərzi ilə seçilən xəbər portallarından biri də "AzNews.az" saytıdır. 2012-ci il avqustun 1-də fəaliyyətə başlayan "AzNews.az" artıq öz sözünü deyib.

Saytda yayımlanan müsahibə, reportaj və analiz yazılar oxucular üçün maraqlı olub. Hətta "AzNews.az" istinad mənbələrindən biri də sayılır.

"AzNews.az"ın 4 yaşı tamam olması münasibətilə müsahiblərimiz "Bakı-Xəbər" vasitəsilə adıçəkilən saytı təbrik ediblər.



Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun sözlərinə görə, "AzNews.az" saytı elektron media qurumları arasında seçilən xəbər portalıdır: "Onu da xüsusi qeyd etmək lazımdır ki, bu sayt operativliyinə görə də seçilir. Demək olar ki, hər gün "AzNews.az" saytının məlumatlarını oxuyuram. "AzNews.az" saytından yayımlanan informasiya və məqalələrdə qərəz və heç bir məqsəd güdülmür. Həmçinin, beynəlxalq və yerli hadisələrə obyektiv yanaşılması da oxucuların rəğbətini qazanır. İstər iqtisadiyyat, istərsə də mədəniyyət sahəsilə bağlı müxtəlif materiallar dərc olunur. Buna görə də "AzNews.az" saytının fəaliyyətini yüksək qiymətləndirirəm. "Bakı-Xəbər" vasitəsilə "AzNews.az" saytının baş redaktoru Elçin Zahiroğlunu və bütün kollektivi təbrik edir və uğurlar arzulayıram".

Həmsöhbətimiz onu da diqqətə çətdırıbki, bu gün Azərbaycan mediasının üzərinə böyük vəzifə düşür: "Azərbaycan mediası və kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətlərinin aparıcı ruporlarındandır. Ona görə də qloballaşan dünyada
"AzNews.az" kimi qərəzsiz saytların sayı çox olsun. İnanıram ki, bu xəbər portalı gələcəkdə də öz dəst-xəttini qoruyub saxlayacaq və hər zaman sayılıb-seçilən sayt olaraq qalacaq".



"Teleqraf MMC"-nin baş direktoru Aynur Camalqızı bizimlə söhbətində "AzNews.az" saytını təbrik edib və uğurlar arzuladığını dilə gətirib: "Azərbaycan mediası peşəkar və rəngarəng olarsa, bu, bütövlükdə dövlətimizin və cəmiyyətimizin xeyrinədir. Düşünürəm ki, cəmiyyətin maarifləndirilməsində, xəbər istehsalında "AzNews.az" xəbər portalının müstəsna rolu var. Azərbaycan mediasını "AzNews.az"sız təsəvvür etmək çətindir. Adıçəkilən xəbər portalında çalışan həmkarlarımı təbrik edirəm. Başda Elçin Zahiroğlu olmaqla bütün kollektivə uğurlar arzu edirəm. Elçin Zahiroğlu gənc olmaqla yanaşı, öz istedadını və peşəkarlığını "AzNews.az" saytına rəhbərlik etməklə nümayiş etdirdi. "AzNews.az" saytının uğurları hələ qabaqdadır".


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, "AzNews.az" xəbər portalı kifayət qədər parlaq və diqqətçəkən saytdır: "Fəaliyyə başladığı müddət ərzində informasiya siyasəti aləmində özünə görə yeri olan saytdır. Bu sayt şəxsən mənimdə diqqətimi cəlb edib. Etiraf edim ki, mən hər media qurumuna o qədər də yer ayırmıram. Amma adıçəkilən xəbər portalı ölkədə baş verən hadisələrə özünün operativ yanaşması ilə diqqət çəkməyi bacarıb. 4 il ərzində bu qədər sevgi qazanıblarsa, gələcəkdə bundan da artıq uğurlar qazanacaqlar. Mən də öz adımdan "AzNews.az" saytını təbrik edirəm".
Bağla X