05:08
(077) 610-22-33

Keçmiş azərbaycanlı rektor vəzifədən kənarlaşdırıldı - Türkiyədə

  • >
6 405 5 Avqust 2016 21:26 | Cəmiyyət

Türkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Əttar müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.


Ölkədə dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb və barələrində araşdırma başlanıb. Onların arasında azərbaycanlı professor da var.

Qeyd edək ki, A.Əttar 4 il Giresun Universitetinin rektoru olub. O, bu ilin mart ayında ən yüksəs səs toplamasına baxmayaraq, ali təhsil müəssisəsinə rektor təyin edilməyib. A.Əttar vəzifəsindən kənarlaşdırılanadək Giresun Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin rəhbəri idi.


Report.az
Bağla X