09:57
(077) 610-22-33

Nikahdan kənar uşaqlar daha çox hansı bölgələrdə doğulur?

  • >
3 378 19 Avqust 2016 16:35 | Cəmiyyət

Azərbaycanda ötən il rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar daha çox Aran rayonlarında doğulub.


2015-ci ildə Azərbaycanda rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 24038 uşaq dünyaya gətirilib.

Onların 9411-i şəhər, 14627-i kənd yerlərində doğulub.

Ötən il Aran iqtisadi rayonunda 6167 uşaq rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən doğulub ki, bu da ölkənin iqtisadi rayonları üzrə ən yüksək göstəricidir.

Aran iqtisadi rayonunda rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı ən çox Sabirabad (915), daha sonra isə İmişli (620) və Kürdəmir (535) rayonlarının payına düşür.

Bu siyahıda sonrakı yeri Lənkəran iqtisadi rayonu tutur. Burada ötən il 4958 uşaq rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən doğulub.

Siyahıda 3-cü yeri tutan Gəncə-Qazax iqtisadi rayonunda 4412 uşaq rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib.

Ötən il Quba-Xaçmaz iqtisadi rayonunda 1219, Şəki-Zaqatala iqtisadi rayonunda 1060, Yuxarı Qarabağ iqtisadi rayonunda 899, Abşeron iqtisadi rayonunda 898 , Dağlıq Şirvan iqtisadi rayonunda 761, Kəlbəcər-Laçın iqtisadi rayonunda 438, Naxçıvan Muxtar Respublikasında 252 uşaq rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən doğulub.

Paytaxt Bakıda isə ötən il rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2974 uşaq doğulub ki, onların da çoxu – 583-ü Sabunçu rayonunun payına düşür.

Trend.az
Bağla X