07:16
(077) 610-22-33

Sabahın hava proqnozu - 42 dərəcə isti

  • >
1 965 21 Avqust 2016 15:45 | Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-26 dərəcə isti, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 faiz, gündüz 20-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Avqustun 22-də Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Bağla X