14:13
(077) 610-22-33

Bir kitabı bir neçə dəqiqəyə oxuyan Azərbaycanlı uşaq - Video

  • >
1 040 23 Avqust 2016 23:22 | Cəmiyyət

Vaqif Rüstəmov adlı yeniyetmə bir neçə dəqiqə ərzində 300 səhifədən artıq bir kitabı oxuyur və kitabı bitirdikdən sonra oxuduqlarını xülasə olaraq danışır.

AzNews.az xəbər verir ki, Vaqif təxmini hesablamalara görə 1 dəqiqə ərzində 15000-dən artıq söz oxuya bilir. Bu isə dünya üzrə yeni rekord deməkdir. Belə ki
sürətli oxuma üzrə ilkin rekordu amerikalı bir gənc vurub. O, 1 dəqiqəyə 6000 söz oxuya bilirdi. Amma ötən il həmin gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlamış və hətta yeni rekorda imza atıb. Tarık Yiğit 1 dəqiqə ərzində 11 min 725 söz oxuyub ki, bu da yeni rekord demək olub.

İndi isə bu rekorda 13 yaşlı yeniyetmə həmvətənimiz Vaqif Rüstəmov imza atmağa qadirdir. O, bir saat ərzində təxminən 10-12 kitabı oxuya bilir. Onda bu vərdişin yaranmasında Alfa Tədris Mərkəzinin müstəsna xidmətləri olub. Belə ki Alfa Tədris Mərkəzində şagirdlərə sürətli oxumanın texnikaları aşılanır. Vaqif Rüstəmov da bu imkanlardan yararlanaraq hazırda qeyd olunduğu kimi rekord vurmağa hazırlaşır.


Bu səbəbdən hər bir kəs bu cür intellektual yeniyetməmizə dəstək olmalıdır ki, onun adı tarixə bir Azərbaycanlı kimi dünya rekordçusu olaraq həkk edilsin.

Vaqifin bu istedadını əks etdirən videoroliki təqdim edirik:

Bağla X