Xəyanətə dözməyən qadın evini tərk etdi – AİLƏ FACİƏSİ

"Azərbaycan qadınları artıq həyat yoldaşlarının onlara xəyanətinə dözə bilmirlər. Xəyanətlə üzləşən qadınlar əvvəlki vaxtlarda olduğu kimi susaraq bu vəziyyətlə barışmır, əksinə öz hüquqlarını qorumağa çalışırlar.

Buna görə də qadın təşkilatlarna müraciətlərin sayı artır". Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən verilib.

Birliyin məlumatına görə, 24 yaşlı qadın ərinin ona xəyanət etməsinə dözə bilməyərək evi tərk edib və birliyin sığınacağına yerləşib. Bakı sakini olan Nərminə Əliyeva (ad şərtidir) bir övladı ilə bərabər təşkilatın sığınacağında qalıb.

Mütəxəssislər tərəfindən qadına psixoloji yardım göstərilib. Həyat yoldaşı ondan üzr istədikdən və belə bir hadisənin bir daha təkrarlanmayacağına söz verdikdən sonra N.Əliyeva övladı ilə bərabər evinə qayıdıb: "Qadınlar xəyanətlə üzləşəndə cəmiyyət ona dəstək vermir, əksinə onu vəziyyətlə barışmağa çağırır. Ancaq xanımına xəyanət edən kişi görəndə ki, onun hərəkəti cəmiyyət tərəfindən də pislənir, o zaman yanlışlığı düzəltməyə cəhd edir".

Elnarə Əlosmanqızı
AzNews.az