Məsələ ilə bağlı polis araşdırmalara başlayıb Məsələ ilə bağlı polis araşdırmalara başlayıb

Bağça tərbiyəçisi 4 yaşlı uşağa İŞGƏNCƏ verdi

Məsələ ilə bağlı polis araşdırmalara başlayıb



Bakı şəhərinin Yasamal rayon Polis İdarəsinə bağça tərbiyəçisinin əməli ilə bağlı müraciət edilib. İdarədən Lent.az-a verilən məlumata görə, İnşaatçılar prospektində yaşayan Əmirova Fidan Nizami qızı ərizə ilə müraciət edərək bildirib ki, 4 yaşlı oğluna bağçada fiziki təsir göstərilib. Qadın qeyd edib ki, oğlu Nahidi xeyli müddətdir, 11 saylı məktəbəqədər tərbiyə müəssisəsinə-uşaq bağçasına qoyur.

Noyabrın 29-da axşamüstü uşağı bağçadan götürüb evə gətirdikdən sonra onun bədənində xəsarətlər görüb. Bundan başqa, uşağın əlinin içində də deşik açılıb. Məlum olub ki, bağçada Təranə adlı tərbiyəçi 4 yaşlı uşağın şıltaqlığı qarşısında aciz qalıb. Tərbiyəçi günorta yatmayan azyaşlıya işgəncə verib. Hazırda polis tərəfindən məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.

AzNews.az