04:35
(077) 610-22-33

Dinlərarası əməkdaşlıq müzakirə edildi

  • >
394 6 Dekabr 2012 15:27 | Cəmiyyət

Vaşinqtonun tanınmış "beyin mərkəzlərindən" olan Ceymstaun Fondunda "Azərbaycanda dinlərarası hörmət və dialoq" mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Amerikadakı Səfirliyi və Ceymstaun Fondunun təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin ABŞ siyasi və akademik elitasına təqdim etməkdir.

Dəyirmi masanı Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor açaraq müzakirə mövzusunun əhəmiyyəti barədə danışıb. Dəyirmi masanın əsas məruzəçisi kimi çıxış edən Elşad İskəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə tədbir iştirakçılarını məlumatlandıraraq, bu kontekstdə Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X