13:39
(077) 610-22-33

Qar Bakı yollarını iflic etdi- FOTOLAR

  • >
5 305 17 Fevral 2017 11:54 | Cəmiyyət

Qarlı və şaxtalı hava şəraiti paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətini iflic edib.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda paytaxtın əksər küçə və prospektlərində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığının müşahidə edildiyi bildirilir:

“Küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. Qurum mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.”

Bakı Nəqliyyat Agentliyindən daha sonra bildirilib ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 40 km/saat endirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description image description image description image description image description image description
Bağla X