21:00
(077) 610-22-33

Qardaşlar torpaq üstündə dalaşdı - biri xəstəxanalıq oldu

  • >
4 915 24 Fevral 2017 22:08 | Cəmiyyət

Tovuzda torpaq üstündə dalaşan iki qardaşdan biri xəsarət alıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Qaraxanlı kənd sakini, 1951-ci il təvəllüdlü Hüseynov Həsən Ədil oğlu sağ qolun iti alətlə kəsilməsi diaqnozu və sol qolun xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətini normal olduğu bildirilir. H. Hüseynovun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Hüseynova Hekayət isə şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, H.Hüseynov qardaşı ilə torpaq üstündə dalaşıb və özü özünə xəsarət yetirib. Hekayət Hüseynova isə dava zamanı qorxudan şoka düşüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bağla X