Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verdi. Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verdi.

Bu gün Azərbaycana bahar gəldi

Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29-da baş verdi.

AzNews.az xəbər verir ki, bahar martın 20-si saat 14:29 radələrində ölkəyə qədəm basıb.

***

AzNews.az Report-a istinadən xəbər verir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək:

"Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.