04:00
(077) 610-22-33

Anar Mahmudoğlu: “Zakir müəllimin ölümünə çox təəssüflənirik”

  • >
390 5 Fevral 2013 12:49 | Cəmiyyət

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı xeyli müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün bu gün vəfat edib.

Mərhumun yaxın dostu, tanınmış jurnalist Anar Mahmudoğlu AzNews.az-a açıqlamasında bildirib ki, hazırda Zakir Sadatlının yaxın dostları, həmkarları və yaxınları doğulduğu Cəlilabad rayonun Sadatlı kəndinə gedirlər: "Hamı Zakir müəllimin ölümünə çox təəssüflənir. Onun ölümünü qəbul etmək çox çətindir. Hazırda yoldayıq. Zakir müəllimi doğulduğu Sadatlı kəndində dəfn edəcəklər. Allah rəhmət eləsin!".

A.Mahmudoğlu onu da qeyd edib ki, Zakir Sadatlının səhhəti qəfil pisləşib və bu gün səhər saatlarında vəfat edib.

Fuad Mədətov
AzNews.az

Bağla X