20:14
(077) 610-22-33

Əkrəm Əylislinin həyat yoldaşı da işdən çıxır

  • >
377 5 Fevral 2013 17:54 | Cəmiyyət

Qalmaqallı "Daş yuxular" romanının müəllifi Əkrəm Əylislinin xanımı Qalina Aleksandrovna da işdən çıxması barədə ərizə yazıb.

Teleqraf.az-a verilən məlumata görə, o bu gün direktor işlədiyi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filalına gələrək artıq işdə qala bilməyəcəyini deyib və MKS-ə təqdim etmək üçün ərizə yazıb. Q. Aleksandrovna kitabxana əməkdaşlarına deyib ki, həyat yoldaşının yazdığı romana görə bu gün işdən çıxarılmış oğlu Nəcəf də atasına etiraz edib. Yazıçının xanımı artıq Azərbaycanda qala bilməyəcəklərini və xarici ölkələrdən birinə köçməyə hazırlaşdıqlarını da bildirib. Məlumata görə, Q.Aleksandrovna göz yaşlarını da gizlədə bilməyib.

Qeyd edək ki, mövzuyla bağlı Q.Aleksandrovnanın özü ilə əlaqə saxladıq. Lakin onun mpbil telefonun oğlu Nəcəf Naibov cavab verib və anasının evdə olmadığını deyib.

AzNews.az
Bağla X