17:30
(077) 610-22-33

Bulvarda maraqlı fləşmob baş tutdu - Foto

  • >
1 777 2 May 2017 19:23 | Cəmiyyət

Formula-1 Azərbaycan Qran-prisinin başlanmasına 55 gün qalması münasibətilə könüllülər Dənizkənarı Milli Parkda fləşmob keçiriblər. Formula-1 könüllüləri himninin sədası altında baş tutan fləşmobda 30-u rəqqas olmaqla, ümumilikdə 60 nəfər iştirak edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu fləşmobu digərlərindən fərqləndirən cəhət mahnının nəqarət hissəsinə qurulan rəqsdə işarət dilindən istifadə olunmasıdır. Bunun məqsədi könüllülüklə bağlı heç bir məhdudiyyətin olmadığını vurğulayaraq, fiziki məhdudiyyətli gəncləri sosial həyatda fəal olmağa səsləməkdir.

Fləşmobda iştirak edən könüllülər şəhər sakinlərini, eləcə də paytaxtımızın qonaqlarını Formula-1 Azərbaycan Qran-prisi haqqında məlumatlandırıb və onları bu tədbirdə iştiraka dəvət ediblər. Tədbir ictimaiyyətin böyük marağına səbəb olub.

Bundan əlavə, həmişə könüllülərlə birgə çalışaraq onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verən müğənni Miri Yusif könüllülərin qonağı olub. Onlarla öz uğur hekayəsini bölüşən ulduz elçi belə tədbirlərdə fəal iştirakın əhəmiyyətini vurğulayaraq bildirib: “Heç vaxt təslim olmayın, həmişə irəli gedin. Mənim həyatımda çox uğursuzluqlar olub, amma hər zaman öz üzərimdə işləmişəm və uğur qazanmışam. Siz də həmişə hərəkət etməli, fəal olmalı və dayanmadan öz üzərinizdə işləyib uğur qazanmalısınız”.

Tədbirdə 100-dək könüllü iştirak edib. Sonda könüllülər Miri Yusifə onları maraqlandıran suallar veriblər. Ulduz elçi sevilən mahnılarını könüllülərlə birlikdə canlı ifa edib və onlarla xatirə şəkli çəkdirib.

Miri Yusiflə görüşdən məmnun qalan könüllülər yarışın uğurla keçməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

image description image description image description
Bağla X