Bakıda şirkətə məxsus avtomobildən 83 400 manat pul və tapança aşkarlanıb. Bakıda şirkətə məxsus avtomobildən 83 400 manat pul və tapança aşkarlanıb.

Şirkət avtomobilindən 83 min pul və tapança çıxdı - Bakıda

Bakıda şirkətə məxsus avtomobildən 83 400 manat pul və tapança aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Tural Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Maşına baxış zamanı oradan 83 400 manat pul və “Voltran-Major” markalı pnevmatik tapanca tapılıb.

İlkin araşdırmalar zamanı avtomobilin, nəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan “Karvan Group” MMC-yə məxsus olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az