09:22
(077) 610-22-33

Məhkəmə Maşallah Əhmədova 3 gün vaxt verdi

  • >
2 458 16 May 2017 12:33 | Cəmiyyət

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə hakim bildirib ki, M.Əhmədov tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı tərəflərin razılığa gəlməsi üçün üç gün vaxt verilir. M.Əhmədovun oğlu Tərlan Əhmədov deyib ki, zərərçəkmişə dəymiş ziyanla aqlay daşlar hazırdır. Zərərçəkmiş Yusif Əzizovun vəkili isə bildirib ki, dəymiş ziyan ödənilsə, razılıq əldə olunacaq: "Biz ibtidai istintaq zamanı Maşallah Əhmədovu çox gözləmişik. Əgər ziyan ödənilsəydi, bu gün iş məhkəməyə də gəlməzdi".

Bu səbəbdən növbəti proses mayın 19-a təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

AzNews.az

Bağla X