01:04
(077) 610-22-33

Fazil Məmmədov özünü təriflədi

  • >
338 8 Fevral 2013 10:36 | Cəmiyyət

«Azərbaycan Avropada ən səmərəli vergi inzibatçılığına malik olan ölkələrdən biridir»





Azərbaycanda "Elektron hökumət" layihəsi çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi dövlət orqanları arasında liderdir.

"APA-Economics"in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda bu gün keçirilən II Vergi Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda vergi sistemi üzrə göstərilən bu xidmətlərin sayı 57-yə çatdırılıb ki, onların 46-sı artıq faktiki tətbiq olunur. Qalan 11 xidmətin tətbiqi ilə bağlı isə hazırlıq işləri başa çatmaq üzrədir.

F.Məmmədov bildirib ki, bu gün sahibkarlıq fəaliyyətində vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslər əsasən elektronlaşdırılıb və sahibkarlar vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bilirlər. Bütövlükdə tətbiq edilmiş informasiya texnologiyaları istər vergi ödəyiciləri tərəfindən, istərsə də vergi xidməti tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin əhəmiyyətli şəkildə azalmasına imkan verib. Bu gün vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə (0,35%) görə Azərbaycan Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik olan ölkələrdən biridir.

Nazir qeyd edib ki, Dünya Bankının hazırladığı "Doing Business" hesabatında "Vergi ödənişi asanlığı" göstəricisi üzrə 2013-cü il üçün bəyannamələrin doldurulması və vergilərin ödənilməsinə sərf olunan illik vaxt indikatoru 2007-ci ilə nisbətən 4,7 dəfə azalaraq 214 saata, ödəmələr indikatoru, yəni ödəmələrin illik sayı 2 dəfə azalaraq 18-ə düşüb: "Bütün bunlar sahibkarlar və iş adamları üçün əlverişli investisiya şəraitinin yaradılması və azad rəqabət mühitinin bərqərar olmasının əyani göstəricisidir".

AzNews.az
Bağla X