05:23
(077) 610-22-33

Masallıda yük maşını aşdı, yol bağlandı (Foto)

  • >
1 047 18 May 2017 20:12 | Cəmiyyət

Masallıda yük avtomobili aşıb, nəticədə avtomagistralda nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran sakininin idarə etdiyi 90 JF 334 dövlət nömrə nişanlı qum-çınqılla dolu yük maşını idarəetməni itirərək aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almasa da, yük maşınına ciddi ziyan dəyib.

Yük maşınını yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub. Hələlik yük maşınını yoldan götürmək mümkün olmayıb.

Hadisəyə səbəb kimi yük maşınının qarşısına azyaşlı uşağın çıxması nəticəsində sürücünün idarəetməni itirməsi göstərilir.

image description image description image description
Bağla X