00:42
(077) 610-22-33

Həvəskar ovçunun 70 minə düzəltdirdiyi qeyri-adi maşın - Video

  • >
2 288 19 May 22:12 | Cəmiyyət

Ov həvəskarı olan bir şəxs, avtomobilini qeyri-adi formaya salıb. Təkərlər özlərini avtomatik olaraq doldurur. Gecə ova çıxanda, dumanlı havada da heç bir problemlə üzləşmir. Avtomobildə 220 voltluq işıqdan istifadə və ya elektrik sobasında yemək bişirmək mümkündür.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, İlkin Quluzadə həvəskar ovçudur. Ov zamanı suda və quruda üzləşdiyi problemlərdən azad olmaq üçün avtomobilinə dəyişiklik etmək qərarına gəlib. Bunun üçün avtomobilinə 68 min manat pul xərcləyib. İlk baxışdan zirehli texnikaya bənzəyən nəqliyyat vasitəsi əslində ov zamanı xüsusi əhəmiyyət kəsb edir.

Maşının yük yerinə 220 volt elektrik gələn cərəyan yuvası qoyulub. Bu da meşənin ortasında işıqdan istifadə və ya elektrik sobasında yemək bişirmə imkanı yaradır.

Konstuksiyasının dəyişdirilməsi avtomobilin aşırımlı yollarda rahat hərəkətini təmin edir.

Avtomobilin üst hissəsi heyvanların və ov ləvazimatlarının daşınması üçün nəzərdə tutulub. Alt-asqı sistemi, yəni qabaq və arxa işıqlar tamamilə mühafizə olunub.

Ötürücüsü mexanika olan avtomobilin içərisinə də dəyişiklik edilib. Demək olar ki, əyləc sistemi yenidən qurulub.

Maşının sahibi indi onu satmaq istəyir. Hədəfi isə ov üstünlüyü daha çox olan yeni avtomobil hazırlamaqdır.

Bağla X