00:09
(077) 610-22-33

Gömrükdən 36 ədəd mobil telefon keçirməyə cəhd etdi

  • >
1 007 22 May 2017 19:24 | Cəmiyyət

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının və həmin oturacağın söykənəcəyinin içində xüsusi düzəldilən saxlanc yerindən 36 ədəd "Nokia" markalı telefon və 52 ədəd adapter aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bağla X