06:46
(077) 610-22-33

Gülər Əhmədovanın Facebook-da yeni səhifəsi yaradılıb

  • >
650 11 Fevral 2013 08:45 | Cəmiyyət

Modern.az saytının məlumatına görə, Facebook sosial şəbəkəsində sabiq deputat Gülər Əhmədovanın adına daha bir yeni səhifə yaradılıb.

G.Əhmədovaya məxsus olduğu bildirilən yeni profil səhifəsinin sabiq deputat tərəfindən yaradıldığı şübhə doğurur. Hələlik səhifədə dostların azlığı və az sayda paylaşımlar müşahidə olunur.

Yeni profil səhifəsinin sahibi haqqında maraqlı ifadə yerləşdirilib: "Mənim razborkalarda-zadda stajım çoxdur..!". (http://www.facebook.com/thrn.trlnoglu)

Qeyd edək ki, bir müddət öncə Gülər Əhmədovanın özü Facebook-da onun adından saxta səhifələr açıldığını və bu səhifələrdə hədyanlar yazıldığını iddia etmişdi. Bu yeni səhifənin də onlardan biri olduğunu güman etmək olar. Bəlkə də etməmək də olar...

AzNews.az
Bağla X