- Köhnə - Cəmiyyət
- 28 İyun 2017 14:14
- 3 964
Rusiyada terroru dəstəkləyən Azərbaycan vətəndaşına hökm oxunub
Rusiyada terrora çağırışda təqsirli bilinən Azərbaycan vətəndaşı 2 il 6 y müddətində azadlıqdan məhrum edilib.
APA-nın “Arqumenti i faktı” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Privoljsk Volqayanı vilayət Hərbi Məhkəməsi qərar çıxarıb.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, 22 yaşlı azərbaycanlı 2015-ci ildə Kirov şəhərindəki mənzillərdən birindən özünün “VKontakte” sosial şəbəkəsindəki səhifəsinə səs yazısı yerləşdirib.
Ekspertlərin araşdırmalarına əsasən, səs yazısında terror fəaliyyətinə açıq çağırış əksini tapıb.