Məhkəmə icraçıları Tural Abbaslının evinə baxış keçirdi

Nəsimi Rayon Məhkəmə qərarlarının icrası idarəsinin nümayəndələri fevralın 12-də Müsavat Partiyasının Divan üzvü, Gənclər Təşkilatının sədri Tural Abbaslının evinə baxış keçiriblər.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, məhkəmə icraçıları evdəki əşyaları qeydə alıblar. Onlar bunu T. Abbaslının yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirdikləri aksiyada iştirak etdiyinə görə tətbiq edilən cəriməni ödəməməsi ilə əlaqələndiriblər.

Müsavat Partiyası isə bu addımın qanunsuz olduğunu bəyan edib.

AzNews.az