09:50
(077) 610-22-33

Qəbul imtahanında 650 bal topladı - Sevinci kədərə döndü

  • >
629 824 1 Avqust 2017 11:28 | Cəmiyyət

Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 650 bal toplayaraq hüquq fakültəsinə daxil olmaq istəyən tələbənin sevinci kədərə çevrilib.

AzNews.az xəbər verir ki, sözü gedən tələbə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmaq istəyir. Amma, ailəsi imkansız olduğundan tələbə təhsil ala bilməyəcək.

Belə ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu yoxdur. Yaxın vaxtlarda bu problem həllini tapmasa, tələbə qız kənddə qalacaq və universitetdə təhsilini davam etdirməkdən məhrum olacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X