14:07
(077) 610-22-33

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum yeni ofisə köçdü

  • >
338 15 Fevral 2013 15:52 | Cəmiyyət

Kinematoqrafçılar İttifaqı yeni ofisə köçüb. Bu barədə Modern.az-a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib. Onun sözlərinə görə, Kinematoqrafçılar İttifaqı "Hökumət Evi"ndən çıxarılandan sonra yeni ofis tapmalı olublar.

İttifaq katibi onu da bildiribi ki, Kinematoqrafçılar İttifaqı bir müddət əvvəl Bakı Şəhər İcra hakimiyyəti tərəfindən "Hökumət Evi"ndən çıxarıldı. Hazırda isə İttifaq İçərişəhərdə, Mirzə Nazim küçəsi 9-da qərarlaşıb:

"Sənədlərimizi müəyyən yerdə bərpa etmişik. Mühasibat, kargüzarlığı bərpa etmişik. İçərişəhərdə bir ofisdə qərarlaşmışıq. Amma bu, ittifaqın tam fəaliyyət göstərməsi üçün kifayət etmir. Hazırda yerləşdiyimiz ofis də tamhüquqlu ofis deyil, müvəqqəti sığınacaqdır. Yeni yer tapmaq üçün fəaliyyət göstəririk. Yenilik olsa, deyiləcək. Burda heç bir naməlum məsələ yoxdur. Rüstəm İbrahimbəyova qarşı təzyiqin bir növüdür".

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI "Şərq-Qərb" Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 33 min manat pul vəsaitindən 26 min 713 manatı nağd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22 min manat məbləğində pul vəsaiti talanıb.

Fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az
Bağla X