12:47
(077) 610-22-33

Bakıda qadın piyadanı vurub qaçan sürücü həbs edildi

  • >
1 254 11 Avqust 2017 16:40 | Cəmiyyət

Qadın piyadanı vurub qaçan sürücü həbs edilib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub. Qadın xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.

Hadisənin “Opel” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini İlham Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Bağla X