00:25
(077) 610-22-33

FHN silah-sursat anbarında yanğınla bağlı məlumat yayıb

  • >
3 636 27 Avqust 2017 14:52 | Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi (FHN) Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verməsi barədə məlumat yayıb.

AzNews.az xəbər verir ki, bu gün Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verib.

Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.

Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.

Əlavə məlumat veriləcək.

Bağla X