Xırdalanda orta məktəb şagirdini maşın vurub. Xırdalanda orta məktəb şagirdini maşın vurub.

Xırdalanda yolu keçərkən məktəblini maşın vurdu - Fotolar

Xırdalanda orta məktəb şagirdini maşın vurub.

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Avtomobillə vurulan Xırdalan şəhəri 1 saylı tam orta məktəbin II sinif şagirdi Heydərov İldırımın çantasından riyaziyyat dəftəri tapılıb.

Uşağın hazırda Xırdalan uşaq poliklinikasında olduğu bildirilir.

Sosial şəbəkə istifadəçiləri həmin məktəblə üzbəüz yolda piyada zolağının silindiyini bildiriblər. Avtomobillər sürətlə şütüdüyündən həmin yolu keçməyin mümkünsüzlüyünü qeyd ediblər. Yolu keçərkən məktəblinin maşınla vurulmasına səbəb kimi də məhz bu göstərilir.

Bahar RÜSTƏMLİ

AzNews.az