16:12
(077) 610-22-33

Gülər Əhmədova məhkəmədən təcridxanaya aparıldı

  • >
226 20 Fevral 2013 12:28 | Cəmiyyət

"Gülər Əhmədova məhkəmədən yenidən təcridxanaya aparıldı. Amma biz onun səhhəti ilə bağlı narahatıq. Çünki, Gülər Əhmədovanın sağlamlığında ciddi problemlər var. Düzdür, təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətində saxlanılır. Amma onun səhhətinin ağırlaşmaması üçün effekli müayinə, müalicə aparılmalıdır ki, vəziyyəti daha da ağırlaşmasın".

Bu sözləri Mövqe.az-a Gülər Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramova deyib. Onun sözlərinə görə, sabiq millət vəkilinin bu günki məhkəməsi qapalı keçdiyindən vəkilindən başqa heç kəs içəriyə buraxılmayıb: "Heç mən özüm də onunla görüşə bilmədim. Səhhəti ilə bağlı ağırlaşmaların olacağından çox narahatıq".

AzNews.az
Bağla X