18:24
(077) 610-22-33

Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs tutuldu

  • >
1 369 4 Oktyabr 2017 10:52 | Cəmiyyət

Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.

Bağla X